Добавить
Уведомления

Qərarları kim verir? - Datanın qərarlarımızdakı yeri

Azerbaijani Future Ninjas qrupu olaraq Facebook platformasında “Data Science”, “IT”, “Design”, “Product Management” və “Marketing” sahələri üzrə kontentlər hazırlayır və mütəxəssislərlə vebinarlar təşkil edirik. Əsas məqsədimiz Azərbaycanlı, bu sahələr üzrə ixtisaslaşmış və ya maraqlanan insanları bir araya gətirib, onların böyük icmasını yaratmaqdır. Azerbaijani Future Ninjas qrupu növbəti vebinarını təqdim edir! "Qərarları kim verir? : Datanın qərarlarımızdakı yeri" Data şirkətin qərarlar verməsində, gələcək planlarında və inkişafında önəmli rol oynayır, çətin situasiyalarla üzləşdiyi zaman problemin nədən ibarət olduğunu anlamağa kömək edir. Data analitiklərin üzərinə düşən vəzifə statistik məlumatlardan istifadə edərək bir şirkət və ya biznes üçün ən uyğun qərarlar verməkdir. Vebinarda Xasay Mirzəli data haqqında ümumi məlumat verib, həyatımızdakı qərarlara necə təsir etdiyi barədə danışacaq. Gələcəkdə Data analitik kimi çalışmaq istəyən şəxslərə öz məsləhətlərini verib, bu sahədə olan təcrübələrini bizimlə bölüşəcək. Xasay Mirzəli 1 ildən artıqdır ki, Data analitik kimi fəaliyyət göstərir. Data analitikasının Marketinq, CRM, İnsan davranışları üzərində tətbiqi ilə məşğul olur. DataStat tədris mərkəzində CEO və Data analyst kimi, NET IMMO əmlak şirkətində isə Dats scientist kimi çalışır. O, bakalavr təhsilini Azərbaycanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İspaniyada isə Alcalá Universitetində alıb. Magistr təhsilini Eötvös Loránd Universitetində bitirmişdir. Azerbaijani Future Ninjas Facebook qrupuna keçid: https://www.facebook.com/groups/azerbaijanifutureninjas/

12+
12 просмотров
Год назад
21 октября 2024 г.

, чтобы оставлять комментарии